• 15 Yanvar 2025
logo
Sabir Rüstəmxanlı: “Narkotiklərin geniş ticarət dövriyyəsi cəzaçəkmə müəssisələrindədir”

Sabir Rüstəmxanlı: “Narkotiklərin geniş ticarət dövriyyəsi cəzaçəkmə müəssisələrindədir”

“Azərbaycanda 8 istintaq idarəsi var. Dəfələrlə buradan səsləndirilib ki, vahid istintaq idarəsi olmalıdır”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
O bildirib ki, bu idarələr hərəsi öz metoduyla istintaq aparır: “Bu, vahid mərkəzdə birləşsə, narkotiklə mübarizəyə də şərait yaradar. Narkotik istifadəçilərinin sayı artır. Narkotiklərin qanunsuz dövriyyəsinə görə narkotik istifadəçiləri cəzaçəkmə müəssisələrinə yerləşdirilir. Narkotikdən əziyyət çəkən şəxslərin cəzaçəkmə müəssisələrinə yerləşdirilməsi problemi həll edə bilməz, əksinə, cəzaçəkmə müəssisələrinə narkotikin daşınmasına gətirib çıxarır. Narkotiklərin geniş ticarət dövriyyəsi cəzaçəkmə müəssisələrindədir”.