Hazırda təhsil alan şəxslərin Dövlət Proqramı vasitəsilə ilə maliyyələşməsi mümkün ola bilər
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” qəbul olunana qədər təhsil alan şəxslərin sonradan maliyyələşdirilməsinin mümkün olub-olmayacağı məsələsinə aydınlıq gətirilib.
Təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, “2007-2015-ci il” Dövlət Proqramında əvvəldən təhsil alan şəxslərin sonradan maliyyələşməsi məsələsi təcrübəsi olub:
“Ümid edirik ki, seçim və maliyyələşmə qaydaları təsdiq olunduqda bunlar nəzərə alınacaq. Yəqin ki, bundan sonra Dövlət Proqramından əvvəl təhsil alan şəxslərin maliyyələşməsini də həyata keçirmək mümkün olacaq” - o deyib.