Payız semestri üzrə təhsil tələbə krediti almaq üçün 5678 nəfər müraciət edib.
Bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müraciətlərin 3590-ı (63 faiz) yekunlaşdırılıb, 2088-i (37 faiz) isə yekunlaşdırılmayıb:
"Yekunlaşdırılmamış müraciətlər üzrə 2088 müraciətə sistem tərəfindən müraciət müddəti bitdiyi üçün imtina verilib. Belə ki, 1461 tələbə sistemə daxil olub, lakin heç bir əməliyyat aparmayıb. 627-si isə tələbə olmayan, kredit almayan və s. şəxs olub. 3590 yekunlaşdırılmış müraciət üzrə 1116 nəfər sosial, 1783 şəxs isə standart təhsil tələbə krediti alıb. 691 müraciətə isə imtina verilib" - o deyib.