Ali Təhsil Müəssisələri üzrə ödənilmiş təhsil tələbə krediti məbləğləri üzrə göstəricilər açıqlanıb.
Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev mətbuat konfransında deyib ki, ən çox kredit 206500 manat olmaqla Azərbaycan Dövlət İqtisad Universitetinə verilib. Universitetin 229 tələbəsi kredit alıb.