“Ödənişli əsaslarla oxuyanlar arasında qiyabi təhsil alanların sayı çox azdır”.
Bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu təhsil növü üzrə qəbul ildən-ilə azalır:
“4-5 il sonra bu təhsil növünün mövcud olacağına da inanmıram. Bu mənim şəxsi fikrimdir. Digər tərəfdən qiyabi təhsil alanlar çalışıb təhsil haqqını ödəyə bilərlər. Ona görə də onlara təhsil tələbə kreditinin verilməsi nəzərdə tutulmayıb” – o deyib.