"Hazırda Şuşada "ASAN xidmət" mərkəzinin qurulması istiqamətində işlər gedir.
Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, azad edilmiş digər bölgələrdə də infrastrukturun yaradılması prosesi gedir:
"İnfrastruktur işləri tamamlandıqdan sonra hansı rayonda "ASAN xidmət" mərkəzinin yaradılması məsələsinə baxılacaq".