• 5 Fevral 2025
logo
İran və Azərbaycan Blokçeyn sahəsində əməkdaşlıq edəcək

İran və Azərbaycan Blokçeyn sahəsində əməkdaşlıq edəcək

İranda keçirilən ilk Blokçeyn sərgisi çərçivəsində İran və Azərbaycan birgə əməkdaşlıq edəcək.
APA-nın Tehran müxbirinə açıqlama verən Əli Zəncani bildirib ki, İran və Azərbaycan öz iqtisadi əməkdaşlığında Blokçeyndən istifadə edə bilər.
"İki ölkə Blokçeyn sahəsində təlim və alış-veriş həyata keçirə bilər. İran hazırda Gürcüstan və digər qonşu ölkələr ilə digital valyuta və Blokçeyn sahəsində əməkdaşlıq edir. İran Azərbaycanla bu sahədə təlim təşkil edə bilər. Universitetlərdə müştərək dərslər təşkil etmək mümkindür."
Qeyd edək ki, “Blokçeyn” (ing.: “Blockchain”) blokların bir-biri ilə kriptoqrafik olaraq birləşmələrindən formalaşan zəncirdir və bu zəncirə “Paylanmış hesablar sistemi” (ing.: “Distributed Ledger Technologie”) də deyilir.
“Distributed Ledger Technologie” açıq və mərkəzsiz aparılmış hesabdır. Sistem rəqəmsal ödəniş və iş münasibətlərində istifadəçidən istifadəçiyə olan ötürmələri nəzarət edici bir mərkəzin olmamasına baxmayaraq, qeyd edir və təsdiq edir.
Xatırladaq ki, İranda digital iqtisadi və digital valyuta sahəsində ilk sərgi Tehranda təşkil olunub.