• 5 Fevral 2025
logo
Nazir "Formula-1" günlərində məktəblərin fəaliyyətinə aydınlıq gətirib

Nazir "Formula-1" günlərində məktəblərin fəaliyyətinə aydınlıq gətirib

Təhsil naziri Emin Əmrullayev Bakıda keçiriləcək "Formula-1" yarışları ilə əlaqədar həmin ərazilərdə yaxın yerləşən məktəblərin fəaliyyət göstərib-göstərməyəcəyinə aydınlıq gətirib.
Jurnalistlərə açıqlamasında nazir qeyd edib ki, bununla bağlı məktəblərin yerləşməsindən asılı olaraq müxtəlif qərarlar verilə bilər:
"Bu bir neçə ildir ki, olur. Ona görə də Təhsil Nazirliyinin, həmin məktəblərin bu istiqamətdə təcrübələri var. Əsasən məktəb rəhbərliyi ilə və valideynlərlə bu məsələni müzakirə edirik. "Formula-1"-in yarış günlərinin əsasən həftə sonlarına təsadüf edir. Ona görə buna məktəblər səviyyəsində qərar verilir. Bir neçə məktəb həmin əraziiyə düşür. Əgər məktəb rəhbərliyi və valideynlər həmin günlərdə ictimai nəqliyyatla dərsə gəlməyi mümkün hesab edirlərsə, bu zaman dərslər davam edir. Mümkün olmadıqda, həmin gün sadəcə olaraq, bir və ya iki gün digər şənbə günləri ilə və digər qeyri-dərs günləri ilə əvəz olunur",- deyə nazir əlavə edib.