Su hövzələrinin qanunsuz ov vasitələrindən təmizlənməsi üçün növbəti reyd keçirildi
Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə Xəzər dənizinin Qaradağ rayonunun Səngəçal və Ələt qəsəbələri, Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində, Binəqədi rayonunun Zəli gölünün ətrafında növbəti reyd keçirilib. Ərazilər balıqların ovlanması üçün qurulan qadağan olunmuş ov vasitələrindən və sintetik torlardan təmizlənib.
Bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Regional Ekologiya İdarəsinin rəisi Əlişah Rəcəbov bildirib.
O qeyd edib ki, qadağan olunmuş alətlərlə balıq ovlanması sivil ov qaydalarına ziddir: "Hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə, qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə çağırırıq. İctimaiyyət nümayəndələrindən, həvəskar balıqçılardan xahiş edirik ki, qadağan olunmuş ov vasitələri, sintetik torlar, elektrik cərəyanları ilə balıq ovlayanların kimliyi barədə bizə və hüquq-mühafizə orqanlarına məlumat versinlər".
14 Yanvar 2020 11:50
1 302
Digər xəbərlər
18 Sentyabr 2025 12:18
413
18 Sentyabr 2025 11:52
420
18 Sentyabr 2025 11:51
399
17 Sentyabr 2025 13:16
581
17 Sentyabr 2025 12:58
616
17 Sentyabr 2025 12:44
616
17 Sentyabr 2025 12:41
609
16 Sentyabr 2025 11:38
840
16 Sentyabr 2025 11:02
826
15 Sentyabr 2025 13:05
1 204
15 Sentyabr 2025 10:42
966
12 Sentyabr 2025 09:27
1 589