Bu gün saat 22:00-dan iyulun 4-də səhər saatlarınadək paytaxtın Nəsimi rayonunun Səməd Vurğun küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.
Sürücülərdən sözügedən küçədə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.