• 3 Yanvar 2025
logo
Bu məktəblilər də 5 yaşlılarla eyni hüquqa malikdirlər - Nazirlik

Bu məktəblilər də 5 yaşlılarla eyni hüquqa malikdirlər - Nazirlik

İl ərzində 7 və 8 yaşında məktəbə gedəcək uşaqlar da 5 yaşlılarla eyni hüquqa malikdirlər.
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva bildirib.
Onun sözlərinə görə, həm xüsusi, həm də ümumtəhsil müəssisələrinin evdə təhsil alacaq uşaqları elektron sistem vasitəsilə I sinfə qəbul ediləcək:
"Onlar martın 10-dan qeydiyyatdan keçib, martın 13-dən başlayaraq istədikləri məktəblə bağlı elektron sistem vasitəsilə sorğu yerləşdirə bilərlər".