Müəllim işləmək üçün imtahan vermək istəyən əlilliyi olan şəxslər üçün test imtahanın davametmə müddəti artırılacaq.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, əlilliyi olan şəxslərin müsabiqənin test mərhələsində iştirakının təmin edilməsi üçün bütün zəruri şərait yaradılacaq. I dərəcə gözdən əlilliyi olan namizədlərə fərdi nəzarətçi təyin ediləcək və onlar üçün test mərhələsinin davametmə müddəti 30 dəqiqə artırılacaq.