• 12 İyul 2025
logo
Dövlət təhsil müəssisələri lisenziyadan azad edilir

Dövlət təhsil müəssisələri lisenziyadan azad edilir

Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Qanun layihəsi haqqında məlumat verən komitə sədri Bəxtiyar Əliyev söyləyib ki, layihədə nəzərdə tutulan dəyişikliyə əsasən Azərbaycanda dövlət peşə, orta ixtisas və ali təhsil müəssisələri lisenziyadan azad edilir:

“Dəyişiklik layihəsinə əsasən, dövlət peşə, orta ixtisas, əlavə təhsil və ali təhsil müəssisələri lisenziyasız fəaliyyət göstərəcək”.