Valideynlərini itirmiş uşaqlarlarla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik edilir
Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarların təhsili ilə bağlı "Təhsil haqqında" qanuna dəyişiklik edilir.
"Təhsil haqqında" qanunun hazırkı variantına əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Yeni təklif olunan variantda isə qeyd edilir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Qeyd edək ki, sözügedən dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Digər xəbərlər
17 Sentyabr 2025 13:16
385
17 Sentyabr 2025 12:58
420
17 Sentyabr 2025 12:44
434
17 Sentyabr 2025 12:41
413
16 Sentyabr 2025 11:38
637
16 Sentyabr 2025 11:02
609
15 Sentyabr 2025 13:05
931
15 Sentyabr 2025 10:42
805
12 Sentyabr 2025 09:27
1 463
11 Sentyabr 2025 12:42
1 617
11 Sentyabr 2025 11:17
1 582
10 Sentyabr 2025 12:14
1 918