• 10 İyul 2025
logo
“Sputnik V” peyvəndi daha yaramır - Ginzburq

“Sputnik V” peyvəndi daha yaramır - Ginzburq

“Sputnik V” peyvəndi yeni ştammla mübarizədə effektivliyini itirib, indi yenisi hazırlanır.

Baymedia.az xəbər verir ki, Qamaley Mərkəzinin direktoru Aleksandr Ginzburq deyib.

“2023-cü ilin yanvarında omikronun XBB.1.5 versiyası ortaya çıxanda “Sputnik” müdafiəni tamamilə dayandırdı”, - Ginzburq bildirib.

Onun sözlərinə görə, “Sputnik V”nin ilkin variantı ilk iki ildə effektli oldu, lakin 2022-ci ilin yayında yeni ştamların ortaya çıxmasından sonra peyvəndin təsiri düşməyə başladı.