• 4 May 2024
logo
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

Milli Basketbol Assosiasiyasında (NBA) müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub.

Baymedia.az xəbər verir ki, bu ada “Filadelfiya”nın formasını geyinən Tayriz Maksi layiq görülüb. O, ümumilikdə 319 xal toplayıb.

24 yaşlı basketbolçu mükafat uğrunda mübarizədə “Çikaqo”da çıxış edən Kobi Uaytı (305) qabaqlayıb. İlk “üçlüy”ü isə “Hyuston”un formasını geyinən Alperen Şengün (92) tamamlayıb.

Tayriz Maksi 2023-2024-cü illər mövsümündə orta hesabla 25,9 xal, 3,7 ribaund, 6,2 məhsuldar ötürmə, 1 top qazanma və 0,5 blokla yadda qalıb. O, bu göstəricilərlə karyerasında rekorda imza atıb. Bununla yanaşı, oyunçu bu mövsüm ilk dəfə NBA “All-Star”da iştirak edib.