• 5 May 2024
logo
Juninyo “Qarabağ”dan gedir? – Özü açıqladı

Juninyo “Qarabağ”dan gedir? – Özü açıqladı

Hələ "Qarabağ"la 2 illik müqaviləm var. Amma bu, futboldur. Futbolda hər şey olur. Gələcəklə bağlı nəsə demək asan deyil.

Baymedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Qarabağ"ın futbolçusu Olavio Juninyo hazırkı komandasında qalıb-qalmayacağı barədə sualı cavablandırarkən deyib.

O, adının tez-tez Fransa klubları ilə hallanması haqqında da danışıb:

"Sözün düzü, mənim heç nədən xəbərim yoxdur. Bu məsələlərlə menecerim məşğul olur. Dediyim kimi, "Qarabağ"la 2 illik müqaviləm var. Azərbaycanda, "Qarabağ"da xoşbəxtəm. Yalnız buna köklənmişəm. Başqa nəsə deyə bilmərəm".

Qeyd edək ki, Juninyo ötən ilin yayından "Qarabağ"da oynayır. Onun Ağdam klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.