• 8 Sentyabr 2024
logo
Azərbaycan avarçəkəni dünya çempionatında iştirak edəcək

Azərbaycan avarçəkəni dünya çempionatında iştirak edəcək

Azərbaycan avarçəkəni Paşa Əsgərov Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənclər arasında keçiriləcək kanoe üzrə dünya çempionatında iştirak edəcək.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından Baymedia.az-a verilən məlumata görə, 64 ölkədən 1000-ə yaxın idmançının mübarizə aparacağı yarışda iştirakçılar kanoe, kayak və akademik avarçəkmə üzrə 200, 500 və 1000 metr məsafəyə yürüşlərdə güclərini sınayacaqlar.

Dünya çempionatı iyulun 17-21-də təşkil olunacaq.