• 8 Sentyabr 2024
logo
Şahruddin “Qarabağ”a qayıtdı - Rəsmi

Şahruddin “Qarabağ”a qayıtdı - Rəsmi

“Qarabağ” milli komandanın qapıçısı Şahruddin Məhəmmədəliyevi geri qaytardı.

Baymedia.az xəbər verir ki, bu barədə klubun Feysbuk hesabında paylaşım edilib.

Məlumata görə, “Qarabağ”30 yaşlı qapıçı ilə bir illik müqavilə imzalayıb.

Ötən mövsümdə Türkiyənin “Adana Demirspor” klubunun formasını geyinən futbolçumuz 2025-ci ilin yayına qədər “Qarabağ”da çıxış edəcək.

Qeyd edək ki, Şahruddin Azərbaycan milli komandasında 29 oyun keçirib.