• 16 Sentyabr 2024
logo
Kriştiano Ronaldo 900-cü qolunu vurub

Kriştiano Ronaldo 900-cü qolunu vurub

Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo daha bir uğura imza atıb.

Baymedia.az xəbər verir ki, o, karyerasında 900-cü dəfə fərqlənib.

Superulduz buna Millətlər Liqasının qrup mərhələsinin Xorvatiya ilə oyununda qol vuraraq nail olub.

O, həmçinin İspaniyanın "Real" klubunun (450 qol) və Portuqaliya millisinin (131) bombardiridir. Forvard İngiltərənin "Mançester Yunayted" (145), İtaliyanın "Yuventus" (101), Səudiyyə Ərəbistanının "Əl-Nəssr" (68) və Portuqaliyanın "Sportinq" (5) klublarında da qollar vurmağı bacarıb.