• 18 Sentyabr 2024
logo
FHN-in komandası çempionatda yüksək nəticə göstərdi

FHN-in komandası çempionatda yüksək nəticə göstərdi

5-11 sentyabr 2024-cü il tarixlərində Çin Xalq Respublikasının Harbin şəhərində Yanğın-xilasetmə idman növü üzrə XIX dünya çempionatı keçirilib.

Baymedia.az xəbər verir ki, yarışda ölkəmizi Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin komandası təmsil edib.

Çempionatda iştirak edən komandamız böyük uğura imza atıb.

Belə ki, döyüş açılışı üzrə əzmkar mübarizə aparan əməkdaşlarımız 30.78 saniyə ərzində qarşıya qoyulan tapşırığı uğurla yerinə yetirməklə 3-cü yerə layiq görülüb və bürünc medalların sahibi olub.

Komandamıza çempionatın kubok, medal və hədiyyələri təqdim edilib.