• 18 Sentyabr 2024
logo
Avrokubok matçları 2 kanalda yayımlanacaq

Avrokubok matçları 2 kanalda yayımlanacaq

UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası Azərbaycanın iki kanalında yayımlanacaq.

Baymedia.az xəbər verir ki, bu barədə Report-a İctimai Televiziyanın (İTV) İdman Departamentinin rəhbəri Kənan Hakimov məlumat verib.

Onun sözlərinə görə, avrokubok matçları CBC Sport-la yanaşı, İctimai TV-də də göstəriləcək.

Qeyd edək ki, "Qarabağ" klubu UEFA Avropa Liqasının Liqa mərhələsində mübarizə aparır.