• 19 Sentyabr 2024
logo
Formula 1 üzrə birinci sərbəst yürüş başladı

Formula 1 üzrə birinci sərbəst yürüş başladı

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-prisinə start verilib.

Baymedia.az xəbər verir ki, birinci sərbəst yürüş saat 13:30-da başlayıb.

Bu gün "Formula 1"də ikinci test yürüşü, "Formula 2"də isə sıralama turu gerçəkləşəcək.

"Formula 2"də sərbəst yürüşdə ən yaxşı nəticəni "Van Amersfoort Racing"dən Entso Fittipaldi göstərib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.