• 19 Sentyabr 2024
logo
Formula-1 üzrə ikinci sərbəst yürüş başa çatdı

Formula-1 üzrə ikinci sərbəst yürüş başa çatdı

17:10

Bakıda keçirilən Formula -1 üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başlayıb.

Baymedia.az xəbər verir ki, mübarizəyə saat 17:00-da start verilib.

İlk test yürüşündə "Red Bull" pilotu Maks Ferstappen ən yaxşı nəticəni göstərib.

"Formula 2"də sərbəst yürüşdə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda isə "Trident" komandasından Rixard Versxor birinci olublar.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

***

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.

"Ferrari" pilotu Şarl Lekler ən yaxşı nəticəni göstərib.

"Red Bull"dan Serxio Peres ikinci, "Mersedes"dən Lyuis Hemilton üçüncü olub.

İlk test yürüşündə "Red Bull" pilotu Maks Ferstappen birinci yeri tutub.

"Formula 2"də sərbəst yürüşdə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda isə "Trident" komandasından Rixard Versxor fərqləniblər.