• 18 Oktyabr 2024
logo
Arda "Fənərbaxça"ya dönə bilər

Arda "Fənərbaxça"ya dönə bilər

"Fənərbaxça" qış transferi dövründə Arda Güləri geri qaytara bilər.

Bu barədə İspaniyanın məşhur AS nəşri məlumat yayıb.

Məlumatda İstanbul klubunun baş məşqçisi Joze Mourinyonun gənc futbolçunu heyətdə görmək istədiyi bildirilib. "Real"da meydana az çıxması üzündən Ardanın icarə əsasından başqa komandaya yollanması gündəmə gəlib. "Fənərbaxca" bununla bağlı madridlilərə müraciət edəcək.

Qeyd edək ki, Arda bu mövsüm bütün turnirlərdə 10 oyunda meydana çıxıb.