Bu gün Türkiyə Kubokunun püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə “Beşiktaş”, “Fənərbaxça”, “Qalatasaray” və “Trabzonspor”un da daxil olduğu Türkiyə Kubokunun qrup mərhələsinin püşkü atılıb.
Püşkatma nəticəsində qruplar aşağıdakı kimi formalaşıb:
A QRUPU: "Trabzonspor", "Korendon Alanyaspor", "Çaykur Rizəspor", "MKE Ankaragücü", "Fatih Karagümrük", "İskenderunspor"
B QRUPU: "Fənərbaxça", "Kasımpaşa", "Qaziantep", "Göztepe", "İstanbulspor", "Ərzurumspor"
C QRUPU: "Qalatasaray", "Başakşehir", "Konyaspor", "Eyüpspor", "Çorum", "Boluspor"
D QRUPU: "Beşiktaş", "Sivasspor", "Antalyaspor", "Bodrum", "Kocaelispor", "Kırklarelispor".
Qeyd edək ki, "Fənərbaxça" üçün ilk oyun tarixinə qədər matçların oynanılıb-oynamayacağına klubun İdarə Heyəti qərar verəcək və bu barədə TFF-ni məlumatlandıracaq.
Bundan əvvəl klub "Fənərbaxça"nın Türkiyə Kubokunda iştirak etməyəcəyini bildirmişdi.