"Neftçi” futbolçusu Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb.
Apasport.az klubun saytına istinadən məlumat verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 illiyə artırılıb.
Rəhman Hacıyev gələn mövsümün sonunadək "Keşlə” klubuna icarəyə verilib.
Qeyd edək ki, Rəhman Hacıyev "Neftçi”də keçirdiyi 6 mövsüm ərzində 166 oyunda meydana çıxıb, 16 qola imza atıb.