• 7 İyul 2025
logo
Türkiyə klubu millimizin üzvü ilə maraqlanır

Türkiyə klubu millimizin üzvü ilə maraqlanır

Türkiyənin “Altay” klubu U-21 millisinin üzvü Toral Bayramovu heyətinə qatmaq istəyir.

Trend-in məlumatına görə, aşağı divizion təmsilçisi hazırda gənc futbolçunun oyunlarını izləyir. Azərbaycan çempionu “Qarabağ”ın heyətində çıxış edən futbolçu ilə bağlı artıq qış transfer pəncərəsində danışıqlar başlaya bilər.

Toral Bayramov U-21-in Fransa ilə son oyununda cərimə zərbəsindən gözəl qolla yadda qalıb.