“Neftçi” üçüncü dəfə öz meydanında ən ağır məğlubiyyətini alıb
"Neftçi" avrokuboklar tarixindəki antirekordunu təkrarlayıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycanın ən titullu klubu bu uğursuzluğu Avropa Liqasında yaşayıb.
II təsnifat mərhələsində Türkiyə "Qalatasaray"ı ilə görüşən Füzuli Məmmədovun yetirmələri 1:3 hesabı ilə uduzub. Bu, "Neftçi"nin avrokuboklar tarixində ən ağır ev məğlubiyyətinin təkrarıdır.
Öz meydanında nadir hallarda uduzan paytaxt təmsilçisi heç vaxt 2-dən artıq top fərqinə üzülməyib. "Qalatasaray"a qədər yalnız iki rəqib Bakıda "ağ-qaralar"ı belə fərqlə üstələyib.
Bir sözlə, "Neftçi" 3-cü dəfə aciz meydan sahibi obrazında olub. Bunlardan biri Avropa nəhənglərindən sayılan "İnter"lə, özü də qrup mərhələsində yaşanıb. 2012-ci ildə Milan təmsilçisi də türkiyəlilər kimi 3:1 hesabı ilə qalib gəlib.
Təsnifat mərhələlərində isə 2-ci dəfə idi ki, "Neftçi" evdə iki top fərqi ilə uduzdu. "Qalatasaray"a qədər bunu yalnız "Vidzev" bacarıb. Polşa təmsilçisi 1997-ci ildə Çempionlar Liqasında 2:0 hesablı qələbə qazanıb.
Bir sözlə, təsnifat mərhələlərində ilk dəfə üç qol buraxıb, iki top fərqilə uduzan "Neftçi" tarixində 8-ci ev məğlubiyyətini alıb. Digər 5 yenilgi bir top fərqilə olub.
18 Sentyabr 2020 13:43
3 752
Digər xəbərlər
30 Aprel 2024 10:11
1 764
30 Aprel 2024 10:05
1 029
29 Aprel 2024 17:05
1 519