Dünya çempionatında Azərbaycan gimnastlarının nəticələri
Azərbaycan gimnastları Zöhrə Ağamirova və Veronika Qudis Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatında halqa ilə hərəkətlərdə çıxış ediblər.
Trend-in məlumatına görə, Z.Ağamirova 19.000 xal, V.Qudis 16.950 xal yığıb.
Sentyabrın 17-də onlar topla hərəkətlərdə çıxış edəcəklər.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.
61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Dünya çempionatı 16-22 sentyabrda keçiriləcək.
16 Sentyabr 2019 16:12
1 820
Digər xəbərlər
17 Aprel 2025 13:09
11 396
10 Aprel 2025 22:38
14 784
21 Fevral 2025 15:05
36 225
6 Fevral 2025 12:29
36 057
2 Yanvar 2025 13:18
43 981
20 Dekabr 2024 16:36
42 406
19 Dekabr 2024 17:04
39 361
19 Dekabr 2024 16:19
32 424
19 Dekabr 2024 16:10
23 359
28 Noyabr 2024 12:53
28 777
19 Noyabr 2024 13:17
34 209