• 26 Dekabr 2024
logo
Azərbaycan taekvondoçusu Avropa çempionatında 3-cü medalını qazanıb

Azərbaycan taekvondoçusu Avropa çempionatında 3-cü medalını qazanıb

Taekvondo üzrə Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında daha bir medal qazanıb.

Apasport.az saytının məlumatına görə, komandamıza ikinci mükafatı Milad Beiqi Harçeqani qazandırıb.

80 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz yarışa Aleksandr Filippov üzərində qələbə ilə başlayıb. O, israilli rəqibini 25:2 hesabı ilə məğlub edib. Harçeqani ardınca Tahir Gülecə (Almaniya) 24:1, Raul Martinesə (İspaniya) 12:6 hesabı ilə qalib gələrək finala yüksəlib.

Taekvondoçumuz həlledici görüşdə rusiyalı Maksim Kramtçovla üz-üzə gəlib. O, gərgin keçən döyüşdə üç raundda üstün olsa da, son anda rəqib hesabı bərabərləşdirib (12:12) və yekunda qızıl xalla qalib gəlib. Nəticədə idmançımız yarışı gümüş medalla bitirib. Bu, onun Avropa çempionatında 3-cü mükafatı olub. 5 il öncə qitə birinciliyində qızıl medal qazanan Harçeqani 2018-ci ildə bürünc mükafata da sahib olub.

Ondan fərqli, Avropa çempionatının üçüncü yarış günü dayanq üzərinə çıxan Fəridə Əzizova (67 kq) və Ayxan Tağızadə (74 kq) fəxri kürsüyə yüksələ bilməyib.

Tağızadə fransalı Athman Bouthouyaka 9:7 hesabı ilə qalib gəldikdən sonra yunanıstanlı Stavros Tsipounisdən də güclü olub – 7:0. Lakin o, yarımfinala gedən yolda ispaniyalı Daniel Quesadaya uduzub.

Əzizova da çempionata qələbə ilə başlayıb. O, İsveç təmsilçisi Elin Yohanssonu 7:0 hesabı ilə məğlub etsə də, ardınca ingilis Lauren Villiamsla bacarmayıb.

Qeyd edək ki, yarışın ilk günündə komandamızın heyətində Minayə Əkbərova (46 kq) bürünc medala sahib olub. Avropa çempionatına aprelin 11-də yekun vurulacaq.