Almaniyanın “Leypsiq” klubunun baş məşqçisi Yulian Naqelsman üçün “Bavariya”dan tələb edəcəyi məbləğ bəlli olub.
Apasport.az saytının məlumatına görə, leypsiqlilər çalışdırıcısını Münhen təmsilçisinə buraxmaq istəmir.
Bu üzdən də klub rəhbərliyi 2023-cü ilin yayına qədər müqaviləsi olan Naqelsman üçün böyük məbləğdə kompensasiya almağı düşünür. Lakin hələlik “Bavariya”dan rəsmi təklif alınmayıb. Bunun baş verəcəyi təqdirdə isə “Leypsiq” 15-20 milyon avro aralığında vəsait tələb edəcək.
Qeyd edək ki, “Bavariya”nın baş məşqçisi Hans Diter Flikin yayda Almaniya millisində Yoahim Lövü əvəzləyəcəyi gözlənilir. Onu əvəzləməyə əsas namizəd Naqelsman sayılır.