Avropa Superliqasından imtina edən klubların sayı artır.
Apasport.az saytının məlumatına görə, daha iki komanda yeni yaradılan turnirdə iştirak etməyəcəyini açıqlayıb.
İspaniya klubu “Atletiko” və İtaliya təmsilçisi "İnter" rəsmi saytı vasitəsilə Superliqadan imtina etdiyini bəyan edib. Bununla İngiltərə təmsilçilərindən sonra bu yarışdan çıxanların sayı 8-ə çatıb.
Qeyd edək ki, hələlik yalnız 4 klub – “Real”, “Barselona”, “Yuventus" və “Milan” Superliqadan imtina etməyib.