• 12 İyul 2025
logo
“Messinin istədiyi və layiq olduğu səviyyədə vida mərasimi təşkil edəcəyik”

“Messinin istədiyi və layiq olduğu səviyyədə vida mərasimi təşkil edəcəyik” - Laporta

Barselona prezidenti Xuan Laporta əfasənəvi futbolçu Leonel Messinin klubdan ayırlması ilə bağlı mətbuat konfransı keçirir. Laporta bildirib ki, Messi ilə vida mərasimi futbolçunun istədiyi formada təşkil olunacaq: “O, necə istəsə, elə də edəcəyik. Hazırda pandemiya, maddi durum, mövsümöncəsi hazırlıq və s. Kimi problemlər var. Amma ümid edirəm ki, Messinin istədiyi və layiq olduğu səviyyədə vida mərasimi təşkil edə biləcəyik”. Laporta əlavə edib ki, Messini Barselonada görmək istəsə də, bunun alınmamasından təəssüf hissi keçirir. Laporta eyni zamanda Messinin yeni ünvanının hansı klub olacağı ilə bağlı informasiyaya malik olmadığını önə çəkib: “Messiyə etdiyimiz iki təklifin ikisini də qəbul etmişdi, hətta əl də sıxmışdıq. Amma müqavilə La Liqa qaydalarına uyğun gəlmədi. Hər kəs bilir ki, klub hər şeydən öndə dayanır. Dünən də Messi ilə görüşəndə artıq razılaşdıq ki, indiki qərarı verək. Bu da baş verdi. Xorxe ilə (Messinin atası və Meneceri Xorxe Messi) dünən danışdım, bir gün əvvəl də danışmışdıq. Leoya istirahətdə olanda mesajlar göndərirdim. Durumu hər kəs bilirdi. Dünən artıq qərar verməliydik, uzatmağın anlamı yox idi, vaxt bizi sıxırdı. Dedim ki, birlikdə mətbuat konfransı keçirək, amma Messi çox kədərli idi, onu anlayıram...”.