Azərbaycan milli komandasının heyəti açıqlanıb.
İtaliyalı baş məşqçi Canni de Byazi yığmanın sentyabrda keçiriləcək oyunlarına hazırlıq prosesində sınayacağı heyəti müəyyənləşdirib.
Avqustun 25-dən 27-dək Bakıda baş tutacaq yoxlama xarakterli təlim-məşq toplanışında 20 futbolçu iştirak edəcək.
Avrokuboklarda mübarizə aparan “Neftçi” və “Qarabağ”ın üzvləri, həmçinin ölkə xaricində çıxış edən oyunçular toplanışda iştirak etməyəcək.
Qeyd edək ki, millimiz DÇ-2022-nin seçmə mərhələsində üç oyuna çıxacaq. Komandamız sentyabrın 1-də Lüksemburq, 4-də İrlandiyanın qonağı olacaq, ayın 7-də Portuqaliyanı qəbul edəcək.
1
Aydın Bayramov
Sumqayıt
Qapıçı
2
Mehti Cənnətov
Zirə
Qapıçı
3
Amin Seydiyev
Sabah
Müdafiəçi
4
Şəhriyar Əliyev
Keşlə
Müdafiəçi
5
Bəxtiyar Həsənalızadə
Sabah
Müdafiəçi
6
Azər Salahlı
Keşlə
Müdafiəçi
7
Təmkin Xəlilzadə
Zirə
Müdafiəçi
8
Höccət Haqverdi
Sumqayıt
Müdafiəçi
9
Elvin Bədəlov
Sumqayıt
Müdafiəçi
10
Sərtan Taşkın
Zirə
Müdafiəçi
11
Turan Manafov
Səbail
Müdafiəçi
12
Rövlan Muradov
Qəbələ
Yarımmüdafiəçi
13
Rəhim Sadıxov
Sumqayıt
Yarımmüdafiəçi
14
Coşqun Diniyev
Sabah
Yarımmüdafiəçi
15
Rəhman Hacıyev
Keşlə
Yarımmüdafiəçi
16
Murad Xaçayev
Sumqayıt
Yarımmüdafiəçi
17
Elvin Camalov
Sabah
Yarımmüdafiəçi
18
Vüqar Mustafayev
Sumqayıt
Yarımmüdafiəçi
19
Əli Qurbani
Sumqayıt
Hücumçu
20
Ülvi İsgəndərov
Qəbələ
Hücumçu