“Ultimate Fighting Championship (UFC)” yarışının irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor Londonun Çelsi klubunu almağa hazır olduğunu bildirib.
Döyüşçü bununla bağlı “Twitter” hesabında məbləği açıqlayıb.
"Mən 1,5 milyard funt-sterlinq təklifini irəli sürürəm",- deyə Makqreqor bildirib.
“Zadəgan”ların hazırkı sahibi 2003-cü ildə "Çelsi"ni 140 milyon funta satın alan Roman Abramoviçdir. O vaxtdan bəri London klubu beş dəfə İngiltərə Premyer Liqasının, iki dəfə Çempionlar Liqasının və Avropa Liqasının qalibi, beş dəfə İngiltərə Kubokunun, üç dəfə İngiltərə Liqa Kubokunun qalibi olub. Fevral ayında İngiltərə təmsilçisi Klublararası Dünya Kubokunun qalibi olub.