• 27 Dekabr 2024
logo
“Qızıl top”a namizədlərin reytinqi açıqlanıb

“Qızıl top”a namizədlərin reytinqi açıqlanıb

2022-ci ildə “Qızıl top” mükafatına namizədlərin reytinqi açıqlanıb.
İlk 2 aya əsasən sıralama müəyyənləşdirilib.
Hazırkı durumda ilin ən yaxşısına verilən fərdi mükafata ən layiqli namizəd PSJ-nin hücumçusu Kilan Mbappe hesab edilir. Onun əsas rəqibi “Liverpul”un forvardı Məhəmməd Salah sayılır. “Bavariya”nın qolçusu Robert Levandovski ilk “üçlüy”ün sonuncu sakinidir.
“Qızıl top”un son sahibi Lionel Messinin 8-ci dəfə titulu qazanmaq şansı az göstərilir. PSJ-nin argentinalı futbolçusu reytinqdə 10-cu sıradadır. “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo isə yalnız 18-ci pillədə özünə yer edə bilib.
“Qızıl top-2022” mükafatına namizədlərin reytinqi:
1. Kilian Mbappe (PSJ)
2. Məhəmməd Salah (“Liverpul”)
3. Robert Levandovski (“Bavariya”)
4. Sadio Mane (“Liverpul”)
5. Kərim Benzema (“Real”)
6. Eduar Mendi (“Çelsi”)
7. Bernardo Silva (“Mançester Siti”)
8. Riyad Mahrez (“Mançester Siti”)
9. Kevin De Bruyne (“Mançester Siti”)
10. Lionel Messi (PSJ)
11. Duşan Vlahoviç (“Yuventus”)
12. Vinisyus Junior (“Real”)
13. Trent Aleksander-Arnold (“Liverpul”)
14. Fil Foden (“Mançester Siti”)
15. Kay Havertz (“Çelsi”)
16. Neymar (PSJ)
17. Erlinq Haland (“Borussiya”, Dortmund)
18. Kriştiano Ronaldo (“Mançester Yunayted”)
19. Kalidu Kulibali (“Napoli”)
20. Kristofer Nkunku (“Leypsiq”)