• 21 Dekabr 2024
logo
“Barselona”nın futbolçusu xəstəxanadan buraxılıb

“Barselona”nın futbolçusu xəstəxanadan buraxılıb

“Barselona”nın futbolçusu Ronald Arauxo xəstəxanadan evə buraxılıb.
Bu barədə Kataloniya klubu sosial şəbəkə vasitəsilə məlumat yayıb.
Bildirilib ki, La Liqanın XXXVI turunda “Selta”ya qarşı matçda komanda yoldaşı ilə toqquşaraq huşunu itirən Uruqvay millisinin üzvünün həkim müayinəsinin nəticəsi ürəkaçan olub. Testlərin nəticəsi açıqlandıqdan sonra Arauxo evə buraxılıb. Onun məşqlərə başlama tarixi bərpa prosesindən asılı olacaq.
Qeyd edək ki, “Barselona”nın “Selta”nı 3:1 hesabı ilə məğlub etdiyi görüşün 68-ci dəqiqəsində başından xəsarət alan Ronald Arauxo hadisədən dərhal sonra xəstəxanaya aparılıb.