• 1 May 2024
logo
İslamiada: daha 3 karateçimiz finalda!

İslamiada: daha 3 karateçimiz finalda!

Azərbaycanın daha 3 karateçisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
68 kq-da çıxış edən İrina Zaretska, 84 kq-dakı Pənah Abdullayev və 84 kq-dan yuxarı çəki dərəcəsindəki Asiman Qurbanlı həlledici görüşə vəsiqə qazanmaqla, ən azı gümüş medalı təmin edib.
İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata komandası isə bürünc medal uğrunda mübarizə aparacaq.