Azərbaycanın sərbəst güləşçiləri İstanbulda təlim-məşq toplantısına start veriblər.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, baş məşqçi Saypulla Absaidovun və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi ilə 14 güləşçi iyulun 10-dək İstanbulda hazırlıq keçəcək.
Sonra komandamız iyulun 11-dən 14-dək İstanbulda təşkil olunacaq reytinq xarakterli Yaşar Doğunun xatirə turnirində qüvvəsini sınayacaq.