• 10 İyul 2025
logo
Avropa birinciliyində uğur qazanan taekvondoçular Vətənə qayıdıblar

Avropa birinciliyində uğur qazanan taekvondoçular Vətənə qayıdıblar

Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa birinciliyində uğura imza atan yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan millisi Vətənə qayıdıb.

Federasiyanın mətbuat xidmətindən Baymedia.az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda yığmanın qarşılanma mərasimi olub. Milli üzvlərini Azərbaycan Taekvondo Federasiyasının rəsmiləri, idmançıların yaxınları və taekvondosevərlər qarşılayıblar.

Qeyd edək ki, taekvondoçular Belqradda bir qızıl və bir bürünc medal qazanıblar.

Komandanın heyətində Şəms Əlizadə (160 santimetr) Avropa çempionu tituluna yiyələnib, İlyas Hətəmli (160 santimetr) isə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.