• 30 İyul 2025
logo
Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”yə qarşı

Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulacaq.

Baymedia.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçiriləcək. Turun mərkəzi görüşündə “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gələcəklər. Tofiq Bəhrəmov adına Respublika Stadionunda oynanılacaq matda saat 20:00-da start götürəcək.

Hazırda Ağdam təmsilçisi 35 xalla turnir cədvəlinə başçılıq edir. 25 xalı olan Bakı klubu isə beşinci pillədə qərarlaşıb.

Komandalar arasında ölkə çempionatlarında indiyədək 92 oyun keçirilib. Bunların 38-də “Qarabağ” qalib gəlibsə, 23-də “Neftçi” sevinib, 31 görüş isə heç-heçə ilə başa çatıb. Topların nisbətində də “köhlən atlar” üstündür – 118:83. Qurban Qurbanovun başçılıq etdiyi kollektiv 9 oyundur “ağ-qaralar”a məğlub olmur.

Qeyd edək ki, turun əvvəlki görüşlərində “Səbail” “Qəbələ”yə 3:0, “Araz-Naxçıvan” “Sabah”a 2:0, “Turan Tovuz” “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib, “Kəpəz” və “Sumqayıt” komandaları isə sülhə razılaşıb – 1:1.