• 27 Dekabr 2024
logo
Sərbəst güləşçilərimiz Yaponiyada toplanış keçir

Sərbəst güləşçilərimiz Yaponiyada toplanış keçir

Sərbəst güləş üzrə gənclərdən ibarət yığmamız ölkə xaricində təlim-məşq toplanışına başlayıb.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, iyulun 7-dən Yaponiyanın Komatsu şəhərində hazırlıqlara başlayan millimiz yerli komanda ilə birgə məşq edir. Məşqçilər Arif Abdullayev və Nazim Əlicanovun rəhbərliyi altında təlim-məşq toplanışında İslam Bazarqanov, Mahir Məmmədzadə (hər ikisi 57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Davud İbrahimov, Əşrəf Aşurov (hər ikisi 70 kq), İsmayıl Abdullayev (74 kq), Rəşad Yusifli (79 kq), Asxab Həmzətov (92 kq) və İslam Abuyev (125 kq) iştirak edir. Yaponiya hazırlığı iyulun 17-dək davam edəcək.