• 7 May 2024
logo
Azərbaycanlı hakim Asiya çempionatında baş hakimlik edəcək

Azərbaycanlı hakim Asiya çempionatında baş hakimlik edəcək

Martın 8-10-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində pauerliftinqin WPC/AWPC versiyası üzrə Açıq Asiya çempionatı keçiriləcək.

Baymedia.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim Zaur Cəfərov çempionatda baş hakimlik etmək üçün dəvət olunub.

İki gün davam edəcək turnirdə Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkmənistan, Özbəkistan, Belarus, Monqolustan, Rusiya, Hindistan, Türkiyə və digər ölkələrdən 250-yə yaxın atlet birincilik uğrunda mübarizə aparacaq.

Onu da qeyd edək ki, Zaur Cəfərov Dünya Pauerliftinq Konqresinin (World Powerlifting Congress) Azərbaycandakı rəsmi nümayəndəsidir.