15:57
İstanbulun Şişli rayonunda təmir işləri aparılan gecə klubunda yanğın baş verib.
Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Bildirilib ki, yanğın zamanı 7 nəfər ölüb, 9 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və təcili tibbi qruplar göndərilib.
***
Ölənlərin sayı 8-ə, yaralıların sayı isə 15-ə çatıb. Yaralılardan 6-nın vəziyyəti ağırdır
***
Ölənlərin sayı 11-a çatıb. Hadisə zamanı 12 nəfərin yaralandığı bildirilir.
***
Gecə klubunda yanğın zamanı ölənlərin sayı 25 nəfərə çatıb.
Bu barədə NTV məlumat yayıb.
***
İstanbulda baş verən yanğın nəticəsində ölənlərin sayı 27-yə çatıb.
***
İstanbulda gecə klubunda yanğın zamanı ölənlərin sayı 29-a çatıb