• 6 May 2024
logo
Türkiyənin bu vilayətində seçki yenidən keçiriləcək

Türkiyənin bu vilayətində seçki yenidən keçiriləcək

AKP-nin etirazı ilə CHP namizədinin qalib gəldiyi Ərdahanda seçkilər təkrarlanacaq.

Baymedia.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Belə ki, AKP-nin şəhər təşkilatı bütün bülletenlərin yenidən sayılması və seçkinin ləğvi üçün Mərkəz Rayon Seçki Şurasına etiraz edib.

Şura AKP-nin ərizə ilə təqdim etdiyi dəlillərə əsaslanaraq, səs çoxluğu ilə seçkilərin yenilənməsinə qərar verib. Səsvermə iyunun 2-də baş tutacaq.

Bununla belə, CHP-nin namizədi, şəhərin həm də hazırkı bələdiyyə başçısı olan Faruk Dəmir Sözcü TV-yə seçki qurumunun bu qərarına etiraz edəcəyini bildirib.

Qeyd edək ki, Türkiyədə martın 31-i yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Ərdahanda CHP-nin namizədi Faruk Dəmir 45,06%, AKP namizədi Yunus Baydar isə 43,51% səs toplayıb. İki namizəd arasında 174 səs fərqi olub. Şəhər üzrə etibarsız səslərin sayı 620 olub.