Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar Milli Məclisdə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması ilə bağlı rəsmi X hesabında paylaşım edib.
Baymedia.az xəbər verir ki, Ə.Tatar paylaşımında Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması münasibətilə "Türk dünyası bizim ailəmizdir, Türk dünyası ilə əlaqələrimizi gücləndirməliyik", - deyən Prezident İlham Əliyevə təşəkkürünü bildirib.