• 6 May 2024
logo
İstanbulda 29 nəfərin öldüyü yanğın: 9 nəfər həbs edildi

İstanbulda 29 nəfərin öldüyü yanğın: 9 nəfər həbs edildi

Aprelin 2-də İstanbulda yerləşən binanın zirzəmi qatında baş verən yanğın faciəsi ilə bağlı 9 nəfər həbs edilib.

Baymedia.az xəbər verir ki, yanğının meydana gəldiyi binanın zirzəmisində fəaliyyət göstərən gecə klubu ilə bağlı araşdırma davam edir.

Həbs edilənlər arasında əyləncə mərkəzinin məsul şəxsləri də var.

Xatırladaq ki, aprelin 2-də İstanbuldakı 16 mərtəbəli binanın zirzəmisində yerləşən gecə klubunda baş verən yanğında 29 nəfər həlak olub.