• 6 May 2024
logo
İraq Türkiyəyə neft nəqlini bərpa edir

İraq Türkiyəyə neft nəqlini bərpa edir

İraqdan Türkiyəyə Kərkük-Ceyhan boru kəməri ilə neft nəqli aprelin sonunda başlaya bilər.

Baymedia.az xəbər verir ki, bu barədə İraqın neft nazirinin müavini Basem Məhəmməd məlumat verib.

“Boru kəmərlərinin bərpası işləri davam etdirilir, xam neft nasos stansiyasının tikintisi isə artıq başa çatıb. Onun işə salınması və tədarükün bərpası ayın sonunda baş verəcək”, - nazir müavini bildirib.

Onun sözlərinə görə, Bağdad bu kəmər vasitəsilə Türkiyəyə gündə 350 min barel neft tədarük etməyi planlaşdırır.

Qeyd edək ki, sözügedən boru kəməri 2014-cü ildə İŞİD-in bu əraziyə hücumları zamanı sıradan çıxmışdı.