• 4 May 2024
logo
Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Bu gün Birinci Dünya müharibəsinin ağır şərtlərində həyatını itirmiş Osmanlı İmperiyasının erməni vətəndaşlarını bir daha ehtiramla yad edir, onların nəvə-nəticələrinə başsağlığı verirəm. Qarşıdurmalar, üsyanlar, dəstə hərəkətləri və terror aktları nəticəsində ölən və ya şəhid olan bütün Osmanlı cəmiyyətinin üzvlərinə Allahdan rəhmət diləyirəm.

Baymedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Ermənilərinin Patriarxı Sahak Maşalyana ünvanladığı məktubda bildirib.

“Birinci Dünya müharibəsinin Osmanlı torpaqlarında törətdiyi dağıntılar yaddaşlarda dərin izlər buraxıb. Əcdadlarımızdan miras qalan sülh və əmin-amanlıq mühitinin davam etdirilməsi yalnız bizim birgə səylərimizlə mümkündür. Mədəni və insani əsərlərlə Anadolu torpaqlarını zənginləşdirən erməni vətəndaşlarımızın təhlükəsizliyi, firavanlığı və xoşbəxtliyi bu gün də təmin edilir. Radikal diskurslara, marjinallaşmaya, nifrət ifadələrinə yer vermədən tarixdə baş verən hadisələri ağlın, vicdanın və elmin təşəbbüsü altında ələ almalıyıq. Milli yaddaşımıza həkk olunmuş hadisələri bir-birindən ayırmadan empatiya qurmaq həm də nifrət toxumlarının kök atmasının qarşısını alacaq. İnanırıq ki, gələcək nəsilləri dünyanı bürüyən müharibələrdən qorumağın yolu gələcəyimizi birlikdə qurmaqdan keçir. Bu fikirlərlə mən bir daha erməni icmasının dəyərli üzvlərini ən səmimi hisslərimlə salamlayıram”, - Ərdoğan vurğulayıb.